Accessibility links

Rusiya xarici işlər naziri Azərbaycana səfər edəcək


Elmar Məmmədyarov və Sergey Lavrov

Elmar Məmmədyarov və Sergey Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin vaxtı nəzərdən keçirilir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Deyə bilərəm ki, belə səfər hazırlanır, azərbaycanlı həmkarlarımız ilə dəqiqləşdiriləndə tarixi açıqlayacağıq”, Zaxarova Moskvada brifinqdə bildirib.

Bundan öncə fevralda İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirmişdi ki, Bakıda Rusiya, İran və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Onun sözlərinə görə, görüş zamanı İran və Azərbaycan prezidentləri Həsən Ruhani ilə İlham Əliyevin görüşündə əldə edilən razılaşmaların reallaşması məsələləri müzakirə olunacaq. Bundan sonra Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycan və İranın paytaxtında olub.

Danışıqların əsas mövzusu Azərbaycan, İran və Rusiyanın iştirakı ilə Şimal-Cənub regional nəqliyyat layihələri olacaq.

XS
SM
MD
LG