Accessibility links

Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində proses gedir


İlham Əliyev və Sergey Lavrov

İlham Əliyev və Sergey Lavrov

“Biz Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini yüksək dəyərləndiririk. Bu istiqamətdə hazırda ən aktiv dinamika müşahidə olunur".

APA agentliyinin məlumatına görə, bunu iyulun 11-də Azərbaycan prezidenti İlham Əliyev Bakıda işgüzar səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.

Dövlət başçısı bildirib ki, bu səfər Rusiyanın münaqişənin tənzimlənməsində maraqlı olduğun göstərir.

“Biz də münaqişənin tezliklə həllində maraqlıyıq”, Əliyev qeyd edib.

Sergey Lavrov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində proses gedir.

“Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq görüşünün nəticələrini yüksək qiymətləndirir: Mən Ermənistan və Azərbaycana Rusiya prezidentinin tapşırığı ilə səfər edirəm. İnanıram ki, bu görüş münaqişənin tənzimlənməsi istiqamətində gələcək addımları müəyyənləşdirməyə imkan verəcək”, o qeyd edib.

Nazir deyib ki, Rusiya və Azərbaycan arasında münasibətlər sıx əməkdaşlıq şəraitində inkişaf edir.

“Bu ilin sonuna qədər hokumətlərarası komissiyanın iclası keçiriləcək. Rusiya Azərbaycanla bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır”, Lavrov qeyd edib.

XS
SM
MD
LG