Accessibility links

“Azerspace-2” peykinin orbitə çıxarılması barədə müqavilə imzalanıb


“BakuTel-2015” sərgisi

“BakuTel-2015” sərgisi

Prezident İlham Əliyev dekabrın 2-də Baku Expo Mərkəzində “BakuTel-2015” XXI Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, dekabrın 5-dək davam edəcək “BakuTel-2015” beynəlxalq sərgisində 200-dən artıq şirkət iştirak edir.

Yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15 faizini təşkil edir.

Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub. “BakuTel-2015” sərgisi çərçivəsində “Azerspace-2” peykinin orbitə çıxarılması barədə Azərbaycan prezidentinin iştirakı ilə “Azərkosmos” ASC ilə Fransanın “Arianespace” şirkəti arasında müqavilə imzalanıb.

XS
SM
MD
LG