Accessibility links

Serhan Aktoprak: İnsan alveri ilə məşğul olan cavab verməlidir (Video-müsahibə)


Serhan Aktoprak: İnsan alveri ilə məşğul olan cavab verməlidir
please wait

No media source currently available

0:00 0:05:53 0:00

Serhan Aktoprak: İnsan alveri ilə məşğul olan cavab verməlidir

Azərbaycan son illər təyinat ölkəsinə çevrilib. Bu əsasən əməyin istismarına aiddir

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak Amerikanın Səsinə müsahibəsində Azərbaycanda insan alveri ilə bağlı qanunvericilik, hökumətin fəaliyyəti və reallıqlardan danışıb.

Müsahibdən seçmələr:

- Son zamanlar insan alveri ilə bağlı olan qanunvericilik aktlarına edilən dəyişikliklərdən sonra qanunvericilik bazası beynəlxalq normalara yaxınlaşıb.

- Qanunvericilikdə ən böyük boşluqlardan biri “Cinayət Məcəlləsi”ndə insan alverinin tərifi ilə bağlı idi. Hətta “Cinayət Məcəlləsi”ndə elə hallar var idi ki, Azərbaycanın özünün “İnsan alverinə qarşı mübarizə haqqında” qanunu ilə
Əsas məsələ qanunvericiliyin həyata keçirilməsidir.
üst-üstə düşmürdü.

- Əsas məsələ qanunvericiliyin həyata keçirilməsidir. Çünki problem var və bundan sonra da olacaq. Vacib məsələ hüquq mühafizə orqanlarının və digər əlaqəli təşkilatların problemlə mübarizəni dayandırmadan davam etdirmələridir.

- Azərbaycan insan alveri ilə bağlı həm mənbə, həm tranzit, həm də təyinat ölkəsidir.

- Tranzitlə bağlı kifayət qədər məlumat olmamasına baxmayaraq, Azərbaycan son illər təyinat ölkəsinə çevrilib. Bu əsasən əməyin istismarına aiddir.

İşə götürənlə işçi arasında əmək müqaviləsi bağlanmaması problemlər ortaya çıxarır.
- Əməyin istismarı ilə bağlı olaraq qanunverici və praktiki çərçivənin təkmilləşdirilməsinə və daha da effektivləşdirilməsinə ehtiyac var.

- Tərəflər arasında, işə götürənlə işçi arasında əmək müqaviləsi bağlanmaması problemlər ortaya çıxarır. Çünki işçi şikayət edərsə sübutları təqdim etməsi lazımdır. Sübut isə əmək müqaviləsidir, o da bağlanmır. Sübutun təqdimi istismar edən tərəfin üzərinə məsuliyyət qoyur.

- Təcili olaraq “Miqrasiya Məcəlləsi” qəbul edilməlidir. Çünki mövcud qanunvericilikdə müsbət kimi qiymətləndirilən bəzi elementlərdən işə götürənlər sui-istifadə edir. Bu nədir? Qanunvericiliyə görə işə götürənlər üç ay müddətinə işçiləri ezamiyyətə göndərir. Bunun üçün fərdi icazə alınması lazım deyil. Belə ezamiyyətlər bir ilədək ola bilir. Şirkətlər insanları ölkədən çıxarır, ölkəyə gətirir,
Şirkətlər insanlarla əmək müqaviləsi bağlamadan onları işlədir və pullarını vermirlər
sonra yenə ezamiyyətə göndərir. Beləliklə şirkətlər insanlarla əmək müqaviləsi bağlamadan onları işlədir və pullarını vermirlər. Yeni “Miqrasiya Məcəlləsi” layihəsində bunların hamısı nəzərə alınıb.

- İnsan alveri ilə kim məşğul olursa, istər dövlət məmuru, istərsə də qeyrisi olsun qanun qarşısında cavab verməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG