Accessibility links

İyunda 46 sərhəd pozucusu saxlanıb


Sərhəd keçidi
Sərhəd keçidi

2015-ci ilin iyununda dövlət sərhədini pozduqları üçün 46 nəfər saxlanıb. Onların 23 nəfəri Azərbaycan, 5 nəfəri Əfqanıs­tan, 4 nəfəri Özbəkistan, 2 nəfəri İran, 2 nəfəri Rusiya, 2 nəfəri Ukrayna, 2 nəfəri Cənubi Koreya, 2 nəfəri Tacikis­tan, hər ölkədən bir nəfər olmaqla Gürcüstan, Qırğızıstan, Moldova və Qam­­biya vətəndaşları olub.

Bu barədə Azərbaycanın Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 15 nəfər, Xəzər dənizində 55 nəfər saxlanılıb.

Axtarışda olan 443 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Bundan başqa, 10 kiloqram 178,3 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

388 min manatlıq qaçaqmal, o cümlədən 2 ədəd 16 mm-lik tüfəng, 2 ədəd pnevmatik tapança, 77 735 ABŞ dolları, 2 milyon 201 min İran valyutası, 85 ədəd zinət əşyası, 12 470 qutu siqaret, 44 ədəd mobil telefon, 2,4 kq qara kürü, 804 kq nərə balığı, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları da saxlanılıb.

XS
SM
MD
LG