Accessibility links

Türkiyə, Rusiya və Gürcüstanla sərhəddə sürətli keçid olacaq


Cənubi Qafqaz regionunun xəritəsi

Cənubi Qafqaz regionunun xəritəsi

Prezident İlham Əliyev bəzi ölkələrin vətəndaşları üçün sərhəd rejiminin sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı Xarici İşlər Nazirliyi, Gömrük Komitəsi, Sərhəd və Miqrasiya Xidmətlərinə tapşırıb ki, “Rusiya, Türkiyə, İran və Gürcüstanla sərhəddə sərhəd-buraxılış məntəqələrində sürətli keçid məqsədilə” qanunvericiliyin təkmilləşdirilməsi üzrə 3 ay ərzində təkliflər hazırlasın.

Bununla yanaşı, prezident Əliyev Turizm Şurasının yaradılmasına dair sərəncam imzalayıb.

Sərəncamda İqtisadiyyat, Maliyyə, Mədəniyyət və Turizm nazirlikləri, Dövlət Mülki Aviasiya Administrasiyası və AZAL-a ölkəyə turistləri cəlb etmək məqsədilə əlverişli yeni beynəlxalq reyslərin təşkili ilə bağlı tədbirlər görmək həvalə olunur.

XS
SM
MD
LG