Accessibility links

Sərhəd Xidməti Gürcüstandan keçiriləm qaçaqmalı saxlayıb


Sərhəd keçidi

Sərhəd keçidi

Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısını alıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstandan Azərbaycana keçirilən 6 baş at, 30 baş buzov və 12 bağla­mada 90 adda 44 374 ədəd müxtəlif dərman pereparatlarından ibarət qaçaqmal aşkar edilərək götürülüb.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, sərhədçilər Qazax rayonunun Bakıdan 500 kilometr qərb) Babakər yüksəkliyi istiqamətində yerləşən sərhəd zasta­vasının xidməti sahəsindən Gürcüs­tan­dan Azərbaycana qaçaq­malın keçirilməsini müəyyən edib.

Qaçaqmalın gətirildiyi “Kamaz” markalı nəqliyyat vasitəsinin sürücüsü sərhədçilərin havaya xəbərdarlıq atəşinə məhəl qoymayıb, hadisə yerindən uzaqlaşmağa çalışsa da buna nail ola bilməyib.

Avtomobilin sürücü­sü Qazax rayonu Daş Salahlı kənd sakini Saamir Süley­manov saxlanılıb.

Xatırladaq ki, son günlər Gürcüstanda yayılmış donuz qripi virusu ilə əlaqədar Azərbaycan bu ölkədən mal-qara ixracını dayandırıb. Azərbaycanda həmçinin qanunsuz gətirilmiş dərman pereparatlarının satışının qarşısının alınması üçün nəzarət mexanizmi və hüquqi çərçivədə səylər göstərilir.

XS
SM
MD
LG