Accessibility links

8 kiloqramdan çox qızılın ölkədən çıxarılmasının qarşısı alınıb


Qızıl külçələr

Qızıl külçələr

Azərbaycanın Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti ölkədən qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl məmulatlarının çıxarılmasının qarşısını alıb.

Dövlət Təhlükəsizliyi Xidmətinın İctimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, 2016-cı il oktyabrın 27-də və 28-də Astara gömrük idarəsinin gömrük keçid məntəqəsindən (İranla sərhəddə-red) gömrük nəzarətindən gizli ümumi çəkisi 8 kiloqram 291 qram qızıl külçələri bədənlərinin müxtəlif nahiyələrinə bağlamaqla çıxaran Azərbaycan vətəndaşları C.Cəfərov və A.Nəhmətov saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən cinayət işi başlanılaraq davam etdirilən araşdırmalar nəticəsində, əldə etdikləri qızıl məmulatlarını külçə halına salaraq Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli çıxarmaqda şübhəli bilinən daha 6 nəfər şübhəli şəxs qismində tutulub.

“Aparılmış axtarışlar zamanı qanunsuz sex qismində fəaliyyət göstərən ayrı-ayrı ünvanlarda qaçaq yolla ölkədən çıxarmaq məqsədi ilə külçə halına salınması üçün toplanılmış xeyli qızıl-zinət əşyaları, eləcə də müxtəlif ölçülü qəliblər aşkar edilərək götürülüb”, məlumatda deyilir.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Show comments

XS
SM
MD
LG