Accessibility links

Azərbaycan və Rusiya sərhəd-sipər əməliyyatlarına start verib


Azərbaycan-Rusiya sərhədi
Azərbaycan-Rusiya sərhədi

Noyabrın 21-də səhər saatlarında Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin əməkdaşları iki ölkə sərhədində yerləşən rayonlarda birgə ənənəvi sərhəd-sipər əməliyyatlarına start verib.

Report agentliyinin məlumatına görə, bu məqsədlə Qusar (Bakıdan 177 kilometr şimal) və Xaçmaz (Bakıdan 157 kilometr şimal) rayonları ərazisində xüsusi polis postları qurulub.

Tədbir noyabrın 27-dək davam edəcək.

Agentlik bildirir ki, əməliyyatın keçirilməsində əsas məqsəd transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqa zidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasından ibarətdir.

Bu barədə Quba şəhərində sərhədyanı ərazilərdə daxili işlər orqanlarının və polisin qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üzrə Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin İxtisaslaşdırılmış İşçi Qrupunun bu ilin oktyabrın 21-də keçirilən görüşündə razılıq əldə olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG