Accessibility links

Azərbaycanın Dövlət Sərhəd Xidməti irimiqyaslı təlimlərə başlayıb


Sərhəd Xidməti təlim zamanı

Sərhəd Xidməti təlim zamanı

2015-ci ilin döyüş hazırlığı proqramına uy­ğun olaraq “Azərbaycanın dövlət sərhədini pozmuş düşmən qoşun qruplarının və terror-təxribat dəstələrinin zərərsizləşdirilməsi” mövzusunda Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə “Ağgöl” səhra təlim mərkəzində tak­­tiki təlimlərə başlanılıb.

Sərhəd Xidməti təlim zamanı

Sərhəd Xidməti təlim zamanı

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatına görə, təlimlərdə helikopterlər tərəfindən idarə olunan və idarə olun­ma­yan raketlərdən atışlar keçirməklə döyüş tapşırıqlarının icrası, düşmənin hava hədəflərinin daşınan ze­nit-raket kompleksləri vasitəsilə məhv edil­mə­si və zirehli texnikaların döyüş şəraitində tətbiqi nəzərdə tutulub.

Təlimlər mayın 21-dək davam edəcək.

XS
SM
MD
LG