Accessibility links

Rusiya və İran sərhəd xidmətlərinin rəhbərləri Azərbaycanda səfərdədir


Xəzər dənizinin xəritəsi
Xəzər dənizinin xəritəsi

Martın 11-də prezident İlham Əliyev İranın sərhəd qoşunlarının komandanı Qasım Rzayini və Rusiyanın Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini, Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişovu qəbul edib.

İran sərhəd qoşunlarının komandanı görüş zamanı iki ölkənin beynəlxalq çağırışlara qarşı birgə fəaliyyət göstərməsi, sərhəd xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsi məsələləri müzakirə edilib.

Əliyevin Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini, Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişovla görüşündə isə iki ölkənin sərhəd idarələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə və inkişafına, yaranan problemlərin birgə həllinə hazırlıq ifadə edilib.

Xatırladaq ki, martın 9-da Azərbaycaan Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyevlə İranın sərhəd qoşunlarının komandanı Qasım Rzayinin görüşü də olub.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatına görə, görüşdə sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan - İran sərhədində, dövlət sərhədindən buraxılış məntə­qə­lərində, habelə Xəzər dənizində qeyri-qanuni fəaliyyətlərə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin, qeyri-leqal miqrasiya və qaçaqmalçılıq fəaliyyətinin, narkotik maddələrin, silah-sursatın qanunsuz daşın­masının qarşısının alınmasının vacibliyi vurğulanıb, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edil­ib.

Bununla yanaşı “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Astara (AR) – Astara (İİR) dəmir yolu xəttinin birləşdirilməsi və bundan irəli gələn digər məsələlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə sərhəd qurumları arasında əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər müzakirə edilib.

Azərbaycan, Rusiya və İran sərhəd xidmətlərinin rəhbərlərinin üçtərəfli görüşü də gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG