Accessibility links

Hərbi hissədə yanğın


Yanğın
Yanğın

Yanğının söndürülməsinə 20 yanğınsöndürən avtomobil, 2 helikopter və bir təyyarə cəlb edilib

Iyulun 19-da səhər saatlarında Bakının Qaradağ rayonunda Səngəçal qəsəbəsində Azərbaycan Sərhəd Qoşunlarının hərbi hissəsində güclü yanğın baş verib. Şahidlərin dediyinə görə, yanğın 5 saatdan çox davam edib.
Yanğının lokallaşdırılması üçün Fövqəladə Hallar Nazirliyinin 20 yanğınsöndürən avtomobili, 2 helikopteri və bir təyyarəsi cəlb edilib.
Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə məlumatına görə, yanğın söndürülüb. Yanğının səbəbləri, ziyanın miqyası və zərərçəkənlər barədə açıqlama verilmir.
Eyni zamanda birgə məlumatda qeyd olunur ki, baş nazirin birinci müavini Yaqub Eyyubov, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət sərhəd xidmətinin komandanı Elçin Quliyev və hərbi prokuror Xanlar Vəliyev hadisə yerinə gəlib.
Baş verənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq təhqiqat aparır.
İlkin məlumata görə, yanğının söndürülməsi zamanı 2 yanğınsöndürən xəsarət alıb, 1 nəfər isə tüstüdən zəhərlənib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG