Accessibility links

“Sərhədsiz Reportyorlar”ın Azərbaycanda mətbuatın müdafiəsinə həsr olunmuş yeni aksiyası


Madridin “Atletiko” komandasının forması üzərində təsvir olunmuş “Azerbaijan Land of Fire” (“Azərbaycan – odlar diyarı) emblemi

Madridin “Atletiko” komandasının forması üzərində təsvir olunmuş “Azerbaijan Land of Fire” (“Azərbaycan – odlar diyarı) emblemi

Təşkilat “Atletiko” komandasının forması üzərində təsvir olunmuş “Azərbaycan – odlar diyarı”na qarşı “Azərbaycan - repressiyalar diyarı” yazılmış köynəklər yayır

“Sərhədsiz Reportyorlar” beynəlxallq mətbuatı müdafiə təşkilatı jurnalistlərin cinayət təqibi məsələlərinə diqqət çəkmək üçün yeni kampaniya həyata keçirir.

Belə ki, onlar Madridin “Atletiko” komandasının forması üzərində təsvir olunmuş “Azerbaijan Land of Fire” (“Azərbaycan – odlar diyarı) embleminə qarşı üzərində “Azerbaijan Land of repression” (Azərbaycan - represiyalar diyarı) yazısı ilə Real (Madrid) futbol komandasının rəngləri olan qırmızı və ağ futbol gödəkçələri yaymağa başlayıb.

Bu iki İspaniya klubu şənbə günü Çempi
onlar Liqası Kubokunun final mərhələsində görüşəcəklər.

“Siz həqiqətən Azərbaycanı – “Atletiko”-ya sponsorluq edən ölkəni tanıyırsınız? Mayın 24-də keçiriləcək UEFA çempionlar ligasının final mərhələsini izləyəcək milyonlarca azarkeş təxribata aldanmamalıdır”, deyə təşkilat yazır.

“Bu Qafqaz ölkəsi mətbuat azadlığı indeksi üzrə 180 ölkə arasında 160-cı yeri tutur. Oranın prezidenti İlham Əliyev “mətbuat yırtıcısıdır” və öz ölkəsində plüralizmi ləğv edib.
Hazırda 10-dək jurnalist və bir çox bloger hökuməti tənqid etdiyinə görə həbsdədir”.

“Sərhədsiz reportyorlar” təşkilatı xatırladır ki, mayın 14-də Azərbaycan Avropa Nazirlər Komitəsinin Şurasına rəhbərliyi üzərinə götürüb. Bunula da Azərbaycan Avropa qitəsində insan hüquqlarının təminatçısı olub.

Sərhədsiz Reportorlar Avropa Şurasının Azərbaycana ifadə azadlığına hörmət etmək çağırışını xatırladır.

Qeyd edək ki, “Atletiko” Madridin sponsoru Fransanın “Lans” klubunun sahibi olan Azərbaycanlı biznesmen Hafiz Məmmədovdur. Məmmədovun biznesi neft hasilatı, neft məhsullarının daşınması, maliyyə sahələrini əhatə edir.
XS
SM
MD
LG