Accessibility links

Sərhədsiz reportyorlar: Jurnalistləri girov götürmək olmaz


Sərhədsiz Reportyorlar Vladimir Putin və İlham Əliyevi mətbuatın qənimi adlandırıb

Sərhədsiz Reportyorlar Vladimir Putin və İlham Əliyevi mətbuatın qənimi adlandırıb

“Azərbaycan və İran hakimiyyətinin jurnalistlərdən xırda pul kimi istifadə etməsi yolverilməzdir”.

Sərhədsiz reportyorlar” beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı azərbaycanlı şairlər Şəhriyar Hacızadə və Fərid Hüseynovun İran həbsxanasından azad edilməsi haqqında məlumatları alqışlayır.

“Baxmayaraq ki, bu proses çox uzandı, onların, nəhayət ki, azadlıqda olduğunu öyrəndiyimizə çox sevindik. Vəziyyət tərəflərin girov götürdükləri, sonra onları dəyişdirdikləri “soyuq müharibə” dövrünü xatırladır”, - deyə təşkilatın bəyanatında bildirilir.

“Biz həmçinin Azərbaycanda həbs edilmiş İran telekanalının reportyoru Anar Bayramlını və İranda azərbaycandilli qəzetin jurnalisti Səid Mətinpuru dərhal azad etməyə çağırırıq. Azərbaycan və İran hakimiyyətinin jurnalistlərdən xırda pul kimi istifadə etməsi yolverilməzdir”, deyə bəyanatda qeyd edilir.
XS
SM
MD
LG