Accessibility links

2015-ci ildə 110 jurnalist öldürülüb


2015-ci ildə dünyada 110 jurnalist öz peşə fəaliyyətinə görə öldürülüb. Bu barədə Sərhədsiz Reportyorlar təşkilatının hesabatında deyilir.

Onlardan 67-i təqib və ya reportaj hazırlayan zaman öldürülüb.

2005-ci ildən 215-ci ilədək öldürülən jurnalistlərin sayı 787 nəfərə çatıb. İndiyədək 43 jurnalistin ölümünün təfərrüatları araşdırılmayıb.

2015-ci ildə qətlə yetirilən jurnalistlər arasında 27 bloger və 7 nəfər KİV köməkçisi var.

İlk dəfə olaraq jurnalistlərin kütləvi şəkildə öldürüldüyü ölkələr sırasına Fransa da düşüb. Bu, “Charlie Hebdo” jurnalının redaksiyasına qarşı terror aktının nəticəsidir. 12 nəfər həlak olub.

Jurnalistlərin qatilləri çox zaman hakimiyyət, oliqarxlar və kriminalla əlaqəsi olan cinayətkar qruplardır. Bu, bir çox ölkələrin mətbuat azadlığı və jurnalistlərin təhlükəsizliyinin təminatı üzrə öz öhdəliklərinə əməl etməməsi fonunda baş verir.

“Bütün bunlar beynəlxalq ictimaiyyətin böyük diqqətini tələb edir və BMT baş katibinin jurnalistlərin təhlükəsizliyi üzrə xüsusi nümayəndəsinin təyin edilməsi məsələsini gündəmə gətirir”, təşkilatın baş katibi Kristof Delor bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG