Accessibility links

Sərhədsiz reportyorlar: İl ərzində 88 jurnalist, 47 bloger öldürülüb


Sərhədsiz Reportyorlar Vladimir Putin və İlham Əliyevi mətbuatın qənimi adlandırıb

Sərhədsiz Reportyorlar Vladimir Putin və İlham Əliyevi mətbuatın qənimi adlandırıb

Yaxın Şərq və Şimali Afrika (26 nəfər öldürülüb), Asiya (24), Afrika regionu və Cənubi Saxara (21) ən təhlükəli region olaraq qalır

2012-ci ildə 88 jurnalist öldürülüb ki, bu da ötən ildəkindən 33% çoxdur, 879 jurnalist həbs edilib, 1993-ü təhdidlərə və ya fiziki hücumlara məruz qalıb, 38 jurnalist oğurlanıb, 73 reportyor öz ölkəsindən qaçmağa məcbur olub, KİV-in 6 nəfər texniki işçisi öldürülüb. Həmçinin 47 bloger öldürülüb, 144-ü həbs olunub. Bu barədə mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz reportyorlar” ın dekabrın 19-da açıqlanan “Mətbuatın barometri” adlı illik hesabatında deyilir.

Yaxın Şərq və Şimali Afrika (26 nəfər öldürülüb), Asiya (24), Afrika regionu və Cənubi Saxara (21) ən təhlükəli region olaraq qalır.

2012-ci ildə qətlə yetirilən jurnalistlərin əksəriyyəti müharibəni işıqlandırıb və ya mütəşəkkil cinayətkar qrupların, islam yaraqlılarının əli ilə, ya da korrupsiyaya uğramış məmurların sifarişləri ilə öldürülüb.

Suriyada müharibə, Somalidə xaos və Pakistanda taliblərin zorakılığı reportyorların ölümünə əsas səbəbdir. Eyni zamanda dünyada həbs olunmuş jurnalistlərin sayı 16%, oğurlananların sayı 46% azalıb. Qətlə yetirilmiş blogerlərin sayı isə kəskin artıb, 5-dən 47-dək.

Qərb yarımkürəsində KİV üçün ən təhlükəli ölkələr Meksika (6 nəfər öldürülüb) və Braziliyadır (5).

Dünyada jurnalistlərə ən iri həbsxana ilk dəfə olaraq Türkiyə olub, 193 reportyor və bloger həbsdədir (onlardan 42-i KİV nümayəndəsidir).

Repressiv qanunlar və məhkəmə praktikası əsasında hakimiyyət ifadə və informasiya azadlığını boğur. İkinci yerdə Çin gəlir. 30 jurnalist və 69 bloger həbsdədir.
Sonra 28 jurnalisti həbsdə olan Eritreyadır. Ölkədə yeraltı kameralarda saxlama şəraitinin pis olması və işgəncələrlə əlaqədar vəziyyət pisləşir. Odur ki, xarici aləm tərəfindən unudulan 7 jurnalist həlak olub və ya intihar edib.

İranda 26 jurnalist və 17 bloger həbsdədir. 2009-cu ildən burada vəziyyət pisləşir. Suriyada 21 jurnalist və 18 bloger həbsdədir, onlar sistematik işgəncələrə məruz qalır. Kubada dissidentlərin, blogerlərin və jurnalistlərin təqib olunması halları artıb. Peru reportyorlara fiziki hücumların sayına görə birinci yeri tutur (ildə 100-ə yaxın). MDB ölkələrindən Belarus liderlik edir. Ölkədə 31 jurnalist və bloger həbsdədir.
XS
SM
MD
LG