Accessibility links

Azərbaycan dünyada mətbuat azadlığı reytinqində 162-ci yerdən 163-cü yerə düşüb


Sərhədsiz Reportyorlar” hüquq müdafiə təşkilatı noyabrın 2-də 2016-cı il üçün mətbuat düşmənlərinin yeni siyahısını dərc edib.

Bu siyahıda 35 dövlət və hökumət başçısı, “İslam dövləti”, Yəmən husiləri, Banqladeşdə “Əl-Qaidə”yə yaxın islamçı qruplaşma, əfqan talibləri və Meksikanın “Los Setas” narkokarteli kimi siyasi və cinayətkar qruplaşmalar var.

Dövlət başçıları arasında Eritreya, Sudan, Burunda, Qambiya, Suriya və Kuba, Çin və Şimali Koreya, Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Türkmənistan prezidentləri var.

Siyahının yeni üzvləri arasında Türkiyə, Misir, Burindi və Venesuela prezidentləri göstərilir.

Ötən il ən çox Türkiyədə vəziyyət pisləşib, burada kütləvi repressiyalar dalğası davam edir və azı 130 jurnalist həbsdədir, 140-dan çox KİV bağlanıb. Hakimiyyət, demək olar ki, ölkənin bütün mətbuat məkanına nəzarət edir.

Hesabatın Azərbaycanla bağlı hissəsində bildirilir ki, polis və təhlükəsizlik orqanları hökumət tənqidçilərinin təqibi üçün bütün vasitələrdən istifadə etməyə davam edir. Bunun üçün şantajdan, o cümlədən, jurnalistlərin mənzillərində şəxsi həyatlarının video çəkilişindən, vergi ödənişindən yayınma, narkomanlıq və xuliqanlıq ittihamlarından istifadə olunur.

Eyni zamanda, hakimiyyət müstəqil KİV-i, məsələn, “Zerkalo” və “Azadlıq” qəzetlərini iqtisadi cəhətdən boğur, “Azadlıq” radiosunun Azərbaycan xidməti isə bağlanıb.

Ötən ildən hakimiyyət xaricdə sığınacaq almış jurnalistlərin qohumlarının təqibi ilə bağlı yeni metodlar tətbiq edir.

Hazırda Azərbaycanda 8 jurnalist və bloger həbsdədir, onlarla KİV nümayəndəsi isə təqiblərdən xaricdə gizlənmək məcburiyyətindədir.

2015-ci il ilə müqayisədə Azərbaycan dünyada mətbuat azadlığı reytinqində 162-ci yerdən 163-cü yerə düşüb.

Ümumilikdə siyahıda 180 ölkə var. Ən azad mətbuat Finlandiya və Niderlandda, ən qeyri-azad mətbuat isə Eritreya və Şimali Koreyadadır.

Mətbuat azadlığının səviyyəsinə görə Gürcüstan 64-cü, Ermənistan isə 74-cü yerdədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG