Accessibility links

Sərhədsiz Reportyorlar: Azərbaycan hakimiyyəti sonuncu tənqidi səslərə öldürücü zərbə endirmək qərarına gəlib


Sərhədsiz Reportyorlar dünya ölkələrində mətbuat azadlığı indeksini açıqlayıb

Sərhədsiz Reportyorlar dünya ölkələrində mətbuat azadlığı indeksini açıqlayıb

Jurnalistlərin beynəlxalq müdafiə təşkilatı bəyanatla çıxış edib

Azərbaycan hökuməti iyul ayının əvvəllərindən hüquq müdafiəçilərinə, müstəqil jurnalistlərə və onların tərəfdarlarına qarşı misilsiz təzyiq və təqib kampaniyasına başlayıb.

Avropa Şurasına 47 üzv-ölkə sırasında ən repressiv ölkə olmasına baxmayaraq Azərbaycan eyni zamanda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməyə başladı. Adı çəkilən müddət ərzində hakimiyyət təkcə yerli təşkilatlara təzyiq göstərməklə kifayətlənmir. Belə ki, ABŞ-ın İREX təşkilatı da daxil olmaqla onlarla QHT-lərin bank hesabları dondurulub. Reportyorların Azadlığı və Təhlükəsizliyi (RATİ), Media Hüquqları İnstitutları rəhbərlərinin şəxsi hesabları da daxil olmaqla bu qurumların hesablarına həbs qoyulub.

Avqustun 6-da RATİ rəhbəri Emin Hüseynova ölkədən çıxmağa imkan verilməyib və avqustun 8-dən etibarən onunla əlaqə kəsilib. Hakimiyyət bu QHT-nin ofisini möhürləyib və bütün sənəd və avadanlığını müsadirə edib.

“Belə düşünmək olar ki, Azərbaycan hakimiyyəti ölkədə sonuncu tənqidi səslərə öldürücü zərbə endirmək qərarına gəlib.

Biz beynəlxalq birliyi mümkün olduqca tez halda Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edən ölkədə belə yolverilməz təcrübəyə reaksiya verməyə çağırırıq.

Azərbaycan hakimiyyətinin fəaliyyəti qalan müstəqil səsləri boğmamış dayandırılmalıdır”, “Sərhədsiz Reportyorlar”ın təmsilçisi Yoxan Bir bildirib.

Diqqəti cəlb edən budur ki, hakimiyyət təkcə jurnalistlərin özlərini deyil, qohum və yaxınlarını da təqib edir.

Belə ki, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” televerilişinin əməkdaşı Natiq Ədilovun qrdaşı Murad Ədilov Sabirabadda narkotika ittihamı ilə saxlanıb.

Bundan əvvəl avqustun 2-də saxta ittihamla tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərov həbs edilib. İyulun 30-da tanınmış digər hüquq müdafiəçisi Leyla Yunus, daha sonra həyat yoldaşı Arif Yunus həbsə alınıblar.

Avqustun 8-də tanınmış vəkil İntiqam Əliyev də eyni taleyi yaşayıb. Daha əvvəl isə tanınmış jurnalist Rauf Mirqədirov casusluq ittihamı ilə həbsə alınmışdı.

Öz növbəsində Azərbaycan hökuməti ölkədə azad media olduğunu, internetə hər hansı məhdudiyyət tətbiq edilmədiyini bəyan edir. Rəsmi Bakı tənqidi səslərə hücumlarla bağlı beynəlxalq və yerli bəyanatları qəbul etmir.

XS
SM
MD
LG