Accessibility links

Sərnişin bərələri üçün batareya enerjisi [Video]


Sərnişin bərələri üçün batareya enerjisi
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Sərnişin bərələri üçün batareya enerjisi

Enerji sənayesinin yavaş-yavaş mədən yanacaqlarından bərpa oluna bilən mənbələrə keçid etdiyi bir vaxt, enerjinin saxlanılması sahəsində də irəliləyişlər əldə olunur. Müasir batareyalar indi daha çox enerji saxlayır və onların yenidən doldurulma vaxtı da artıq daha qısadır. Bu isə o deməkdir ki, onların enerji mənbəyi kimi istifadə potensialı benzin bakınnın istifadə potensialına yaxınlaşır.

Dünya boyu bir çox şəhər, hətta yüksək inkşaf etdirilmiş ictimai nəqliyyat sistemləri olan şəhərlər belə tıxaclar və bunun nəticəsində yaranan hava çirkliliyi problem ilə mübarizə aparır. Buna görə də, elektrik mühərikki getdikcə daha da zəruriləşir.

Tesla Model S
Tesla Model S

Yaxın zamanadək onun geniş istifadəsinə əsas maneə batareya texnologiyası idi. Batareyalar ağır idi, çox enerji saxlaya bilmirdi, yenidən doldurulmasi isə uzun zaman alırdı.

Amma artıq bu, belə deyil.

“Batareya texnologiyası çox sürətlə inkişaf edir. Bir neçə il bundan öncə, biz super-doldurulan batareyanı (super-charger) təqdim etdiyimizdə, bu, yeni bir şey idi. Ancaq indi o, çox geniş yayılıb”, Green City bərələrinin baş icraçı direktoru Hans Tornell bildirir.

Bu, elektrik maşın istehsalçıları üçün vacib bir parçadır. Teslanın lüks S modeli batareyanın bir dəfə doldurulması ilə 500 kilometr yol gedə bilir. Daha əlverişli Nissan Leaf və Kia Soulun batareyası isə bütün gecə doldurulsa 160 kilometr yol gedə bilər ki, bu da adi bir sürücü üçün yetərlidir.

Bütün maşın istehsalçıları isə gələcəkdə daha uzun məsafə vəd edir.

Eyni zamanda batareya enerjisi artıq kütləvi nəqliyyat vaistələrinə də yerləşdirilir.

Batareya ilə işləyən Chevrolet Volt
Batareya ilə işləyən Chevrolet Volt

Mercedes-in günəş enerjisi batareyası ilə işləyən avtobusu var. İsveçdə bir şirkət isə təkcə batareya deyil, həm də yeni növ vibrasiyasız mühərikklə işləyən sərnişin bərəsini müvəffəqiyyətlə sınaqdan keçirib.

Havanı çirklətməyən bu gəmi həm də dizellə işləyən ənənəvi bərələrdən daha sürətlidir.

“İnsanlar elektik qayıqlar və ya sıfır emissiyası olan qayıqlar barədə danışanda ağıllarına köhnə üsulları gətirirdilər. Deyirdilər ki, “biz bərələrin 7,8 düyün, yəni saatına 15 kilomter yol qət etməsini istəyirik”, biz də “bəs bundan daha sürətli olmasını istəmirsiniz, məsələn 30 düyün” deyə soruşduğumuzda, insanlar bizdən “Bu mümkündürmü? Biz qayığın saatda 55 kilometr sürətilə getməsini təmin edə bilərikmi” deyə soruşurdular", deyə Effect Ships International şirkətinin baş icraçı direktoru Ulf Tudem bildirir.

“AiriEl” adlı eksperimental bərə 15 dəqiqədə dolan litium-titanat batareyaları ilə çalışır və bununla 25 kilometr yol gedə bilir.

Bərənin həm də unikal dizaynı var. Onun iki elektrik motoru öndəki cüt mühərriyə bağlanıb. Bu, İsveçin Volvo şirkətinin dizayn etdiyi IPS sistemidir. Bu, vibrasiyanı azaldır eyni zamanda isə qabaqcıl gövdə gəminin havada daha yüksək sürətlə üzməsinə imkan yaradır.

“Biz yeni hava yastıqlı gəmini karbon lifi kimi müasir tikinti üsulları ilə birləşdirirk və nəticədə Volvo IPS sistemi kimi ən yaxşı mühərrik sistemini əldə edirik", Ulf Tudem deyir.

AiriEl-in dizaynerləri deyir ki, bərəyə 70 sərnişini və onların velosipedləri yerləşə bilir və su kənarında yerləşən dünya şəhərli üçün mükəmməldir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG