Accessibility links

Azərbaycan, Qazaxıstan, İran, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz qurumlarının rəhəbrləri görüşüb


Azərbaycan, Qazaxıstan, İran, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz qurumlarının rəhəbrləri görüşüb
Azərbaycan, Qazaxıstan, İran, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz qurumlarının rəhəbrləri görüşüb

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Qazaxıstan, İran, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz qurumları rəhbərlərinin beştərəfli görüşü keçirilib.

Tədbirdə Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Azərbaycan Dəmir Yolları QSC-nin rəsmi saytının məlumatına görə, görüşdə “Şərq-Qərb” multimodal nəqliyyat dəhlizinin inkişafı, regiondakı mövcud nəqliyyat infrastrukturu ilə tanışlıq, potensialların və perspektivlərin qiymətləndirilməsi, marketinq və yükdaşıma bazarının öyrənilməsi, tranzit yüklərin cəlb olunması üzrə birgə fəaliyyət, birgə nəqliyyat-logistika şirkətlərinin yaradılması və tranzit yük axınının artırılması üzrə birgə tədbirlərin işlənib hazırlanması, vahid tariflərin və sənədlərin tətbiqi, gömrük-nəqliyyat prosedurlarının optimallaşdırılması məsələləri müzakirə olunub.

Tədbir çərçivəsində C.Qurbanovla Tükmənistan dəmir yolu naziri Bayram Annemeredov, Gürcüstan Dəmir Yolu SC-nin sədri Mamuka Baxtadze və İran Dəmir Yolunun vitse-prezidenti Huseyn Aşuri arasında ikitərəfli görüşlər keçirilib.

Nümayəndə heyətləri Türkmənbaşı limanına baxış keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG