Accessibility links

Şərq Tərəfdaşlığı Zirvə Toplantısı birgə bəyannamə qəbul edib


Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Sammiti

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Sammiti

Sənəddə demokratiyanın gücləndirilməsi, insan hüquqlarına hörmət və qanunun aliliyi istiqamətində gələcək addımlar əksini tapıb

Noyabrın 29-da Vilnüsda “Şərq Tərəfdaşlığı” ölkələri Avropa İttifaqının nümayəndələri ilə birgə bəyannamə imzalayıb.

Sammit iştirakçıları onun yekunlarını və imzalanmış sazişləri müsbət qiymətləndirr.
Növbəti illər üçün qarşıda duran məqsədlər və vəzifələr barədə bəyannamədə aşağıdakılar müəyyən edilib:

Demokratiyanın gücləndirilməsi, insan hüquqlarına hörmət və qanunun aliliyi istiqamətində gələcək addımlar, siyasi və iqtisadi islahatların davam etdirilməsinə dəstək və ticarət əlaqələrinin inkişaf etdirilməsi.

Bəyannamədə hər bir ölkənin əldə etdiyi nailiyyətlər və Aİ ilə imzalanmış sazişlər qeyd edilib. Gürcüstan və Moldova ilə paraflanmış Avropa İttifaqı ilə Assosiasiya Sazişi xüsusi vurğulanıb.

Sənəddə Cənub Enerji Dəhlizinin inkişafı və TAP qaz kəmərinin tikintisi və AGRİ layihəsi alqışlanır, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji rolu qeyd edilib.
Bəyannamənin sonunda regionda münaqişələrin tezliklə sülh yolu ilə həllinə, sabitlik və etimad tədbirlərinin görülməsinə çağırış ifadə olunub. Tərəflər münaqişələrin beynəlxalq hüquq norma və prinsipləri əsasında sülh yolu ilə tezliklə həlli zərurətini qeyd edir. Vyanada Ermənistan və Azərbaycan prezidentlərinin görüşü və orada danışıqlar prosesinin davam etdirilməsi haqqında əldə edilmiş razılaşmalar alqışlanır.
XS
SM
MD
LG