Accessibility links

Səbəb qəzetin müqəddəs müdafiə mücahidləri və səfərbərlik qüvvələri ilə bağlı təhqir xarakterli karikatura dərc etməsidir

İranda “Şərq” qəzetinin nəşrinə qadağa qoyulub. APA agentliyinin məlumatına görə, qərar İran Mədəniyyət və İslami İrşad Nazirliyinin Mətbuata Nəzarət Heyəti tərəfindən verilib.

Buna səbəb paytaxt Tehran şəhərində işıq üzü görən qəzetin müqəddəs müdafiə mücahidləri və səfərbərlik qüvvələri ilə bağlı təhqir xarakterli karikatura dərc etməsidir. Ona görə də İran Mədəniyyət və İslami İrşad Nazirliyinin Mətbuata Nəzarət Heyəti “Kütləvi informasiya vasitələri haqqında” qanunun 6-cı maddəsinə əsaslanaraq “Şərq” qəzetinin bağlanması və işin məhkəməyə göndərilməsi barədə qərar çıxarıb. Bundan əlavə, qəzetin baş redaktoru Mehdi Rəhmanian məsələ ilə bağlı Tehran şəhər prokurorluğuna çağırılıb. Eyni zamanda bir qup vətəndaş da məhkəməyə müraciət edərək, “Şərq qəzeti” və karikaturaçı haqqında iddia qaldırıb.
XS
SM
MD
LG