Accessibility links

Avropa İttifaqı və Avropa Şurası Şərq Tərəfdaşlığı ölkələrində insan hüquqlarına yardım edəcək


Avropa İttifaqı
Avropa İttifaqı

Avropa Şurası və Avropa İttifaqının (Aİ) Komissiyası “Şərq Tərəfdaşlığı” proqramına daxil olan altı ölkə ilə insan hüquqlarının, demokratiya və qanunun aliliyinin inkişaf etdirilməsinə yardıma yönəldilmiş əməkdaşlıq haqqında yeni saziş imzalayıb.

Avropa Şurasının məlumatında deyilir ki, saziş 2015-2017-ci illərdə “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrdə - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynada birgə proqramların maliyyələşdirilməsinə 33,8 mln. avro ayrılmasını nəzərdə tutur.

Saziş dekabrın 18-də Brüsseldə Avropa Şurası baş katibinin müavini Qabriella Battaina-Draqoni və Avropa Komissiyasının qonşuluq məsələləri üzrə direktorluğunun rəhbəri Mikael Köhler tərəfindən imzalanıb.

Sənədin imzalanması Avropa Şurası və Avropa İttifaqı arasında 2014-cü ilin aprelində başlamış yeni strateji əməkdaşlığın bir hissəsi oldu.

“Şərq Tərəfdaşlığı” ölkələrində layihələrin maliyyələşdirilməsinin xeyli artırılması əvvəlki illərdə belə proqramların həyata keçirilməsinin müsbət nəticələrini əks etdirir”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, Avropa İttifaqının Azərbaycanda qrant layihələrinin həyata keçirilməsi QHT-lər haqqında qanunlara düzəlişlərin qəbulundan sonra, demək olar ki, qeyri-mümkün olub. Bu səbəbdən Azərbaycanın vətəndaş cəmiyyəti bu layihədən istifadə edə bilməyəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG