Accessibility links

“Şərq Tərəfdaşlığı” xarici işlər nazirləri görüşür


"Şərq Tərəfdaşlığı" ölkələri
"Şərq Tərəfdaşlığı" ölkələri

Mayın 23-də “Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin Brüsseldə görüşü keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş Avropa İttifaqının Xarici İşlər Şurasının iclasından əvvəl baş tutacaq.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşlərdə iştirak etmək üçün Brüsselə səfər edir.

Görüş zamanı nazirlər Avropa Qonşuluq siyasətindəki islahatlar fonunda proqramın inkişafı, eləcə də 2017-ci ildə keçiriləcək növbəti "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələlərini müzakirə edəcək.

"Şərq Tərəfdaşlığı" sammiti hər iki ildən bir keçirilir. Son sammit 2015-ci ilin mayında Riqada təşkil olunub.

"Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirləri isə ildə bir dəfə görüşür.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG