Accessibility links

Mosulun şərqində təhlükə artır [Video]


İraq qüvvələri qərbi Mosulu İslam Dövləti militantlarından geri almağa hazırlaşdığı bir vaxt, şəhərin azad edilmiş şərqi hissəsi getdikcə təhlükəli olur. Son bir neçə həftədir İŞİD militantların nəzarət etdiyi qərbdən hücum edərək, şərqi Mosulu mərmi atəşinə tutar. Lakin şərqi Mosul üzərində getdikcə daha çox silahlı dronlar uçur, intiharçı hücumlar isə artıb. Cümə günü baş verən bomba partlayışı nəticəsində azı beş nəfər ölüb, təxminən 20 nəfər isə yaralanıb.

Ötən həftə bu məhəllə şərqi Mosulun ən canlı yerlərindən bir idi. Amma indi.... belə görünür. Cümə axşamı “My Beautiful Lady” (Mənim gözəl Qadınım) adlı restoranda baş verən intiharçı hücumu təkcə insanların ölümünə və yaralanmasına səbəb olmayıb. Hücumun həm də viranedici psixoloji təsirləri olub.

"My Beautiful Lady" restoranı

"My Beautiful Lady" restoranı

Bir ay öncə bu restoranda elə bir mənzərə var idi ki, sanki Mosul yenidən canlanırdı.

Lakin cümə günü azı üç intiharçı bu restoran da daxil olmaqla Mosulun mülki ərazilərinə hücum etdi.

Bu əralizlərin birində əsgərlər deyir ki, onlar başqa bir intiharçını və partlatmağa hazırlaşdığı bir maşını sürən militantı gülllələyib öldürüblər.

Burada gün boyu mülki vətəndaşlar və əsgərlər insanları mümkün qədər gizlənməlləyə və qrup halında dayanmamağa çağırır. Onlar ötən həftə ilə müqayisədə şərqi Mosul üzərində İslam Dövləti qrupunun daha çox silahlı dronlarının uçduğunu deyir.

XS
SM
MD
LG