Accessibility links

AXCP fəalına 10 sutka həbs verilib


Vüqar Aslanov
Vüqar Aslanov

O “səssiz aksiya”da iştirak zamanı saxlanıb. Gənclər həbsdə olan gənc fəalların azad edilməsi tələbi ilə ağızlarını əlləri ilə yumaraq aksiya keçirib

AXCP gənclər təşkilatının üzvü Vüqar Aslanov 10 sutka inzibati həbs cəzasına məhkum edilib.

AXCP gənclər təşkilatının məlumatına görə, gənc fəal bazar günü Bakının mərkəzində Fəvvarələr Meydanında səssiz - əli ilə ağzını bağlayaraq etiraz bildirdiyi üçün həbs edilib.

AXCP gəncin həbsini toplaşmaq və ifadə azadlığının pozulması kimi qiymətləndirib. Xatırladaq ki, səssiz aksiya həbsdə olan gənc fəalların azad edilməsi tələbi ilə keçiriliib.

Azərbaycan Daxilio İşlər Nazirliyinin mətbuat xidməti Əsədovun “polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə” həbs edildiyini bildirib. Toplanmış materiallar əsasında protokol tərtib edilib və iş məhkəməyə verilib və məhkəmə cəza təyin edib.
XS
SM
MD
LG