Accessibility links

Səssiz etiraz-Hilal Məmmədovun məhkəmə prosesi [Video]


Məhkəməyə səssiz etiraz
Məhkəməyə səssiz etiraz

Müdafiə Komitəsi məhkəmənin qapalı keçirilməsinə etiraz edir

Fevralın 15-də bir qrup şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin qarşısında səssiz etiraz aksiyası keçirib.

Məhkəmənin qarşısında dayanan maskalı adamlar “Tolışi sado” qəzetinin redaktoru Hilal Məmmədovun hüquqlarının pozulmasına etirazlarını bildirib. Əsasən onlar məhkəmə prosesinin qapalı keçirilməsinə etiraz edir.

“Bizim aksiya hakimiyyətin qapalı proses keçirmək cəhdinə qarşı etiraz rəmzidir. Hilal Məmmədov özü də maska taxaraq prosesdə ifadə verməkdən imtina edir”, - Hilal Məmmədovun Hüquqlarını İctimai Müdafiə Komitənin rəhbəri Rafiq Cəlilov bildirib.
Aksiya başlayandan bir neçə dəqiqə sonra polislər iştirakçılara yaxınlaşaraq binanın qarşısından uzaqlaşmalarını tələb edib. Aksiya zamanı polislə toqquşma baş verməyib, heç kim saxlanılmayıb.

Hilal Məmmədov iyunun 21-də həbs olunub. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir. Lakin beynəlxalq birlik və hüquq müdafiəçiləri onu vicdan məhbusu hesab edirlər. Dövlətə xəyanətlə bağlı uydurma ittihamdan istifadə edən hakimiyyət prosesi qapalı keçirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG