Accessibility links

Sərhəd bölgəsində təhlükəsiz yaşayışla bağlı təqdimat keçirilib


Qazaxda təqsimat (Foto Humanitra Tədqiqatlar İctimai Birliyinindir)
Qazaxda təqsimat (Foto Humanitra Tədqiqatlar İctimai Birliyinindir)

Iyulun 7-də Qazax şəhərində (Bakıdan 454 kilometr qərb) Humanitar Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə başladığı “Sərhəd bölgələrində təhlükəsiz yaşayış: icma davamlılığı” adlı layihəsinin kənd icma nümayəndələri üçün təqdimatı keçirilib.

Humanitar Tədqiqatlar İctimai Birliyinin məlumatına görə, təqdimat zamanı gələcəkdə təhlükəli ərazilərdə yaşayan insanların üzləşdiyi çətinliklərin cəmiyyətin diqqətinə çatdırılmasında böyük irəliləyişin olacağını tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Humanitar Tədqiqatlar İctimai Birliyinin rəhbəri Əvəz Həsənov bildirib ki, layihə çərçivəsində sərhəd kəndlərində yaşayan insanlara özlərini minalanmış ərazilərdən qorumaları üçün təlimatlar veriləcək

“Kəndlərin giriş və ya çıxışlarında, əhalinin daha sıx toplaşdığı yerlərdə təlimatlandırıcı lövhələrin yerləşdiriılməsini planlaşdırırıq. Atəşdən qorunmaq üçün hansı addımların atılması və sərhəd bölgəsundə təhlükəsizlik məsələləri ilə bağlı proflaktik tədbirlərin görülməsini əks etdirən məlumat vərəqələri də çap edib əhaliyə paylayacağıq.Bununla yanaşı kəndlərin sosial problemlərinin araşdırılması ilə onların aradan qaldırılmasında icma bacarıqlarının artırılması üçün təlimlər də təşkil olunacaq”.

Tədbir zamanı Ermənistanla sərhəddə yerləşən kəndlərin sosial problemləri və mövsümü işlər ilə bağlı yaranan təhlükələrə də toxunulub.

XS
SM
MD
LG