Accessibility links

Səttar Sayınqala: O dönəm çox özəl bir dönəm idi [Audio]


Səttar Sevigin Sayınqala
Səttar Sevigin Sayınqala

İsveçdə yaşayan güneyli fəal Səttar Sevigin Sayınqala Amerikanın Səsi ilə söhbətdə 2006-cı ilin may ayında güneydə təşkil olunan kütləvi etirazların xaricdə yaşayan güneyli icmalara təsirlərini dəyərləndirib. İsveç Azərbaycan Federasiyasının başqanı May Qiyamını güneydə olduğu kimi xaricdə yaşayan icmalara buraxdığı təsir baxımından da bir dönüş nöqtəsi hesab edir.

Səttar Sevigin Sayınqala May Qiyamının güney diasporalarına təsiri haqda danışır
please wait

No media source currently available

0:00 0:18:22 0:00

“O dönəm çox özəl bir dönəm idi. Olaylar olduğu kimi xaricə də əks edildi və biz içəridən doğru xəbərləri ala bildik. Türklərin aşağılanmasına göstərilən etiraz yanında başqa müsbət təsirlər də buraxdı... Bizim adımızı, türklərin İranda böyük bir əhaliyə sahib olduğunu xaricdəki mediaya əks etdirdi,” deyə Sevigin Sayınqala vurğulayır.

Belə olaylar baş verəndə biz İsveçdə bir araya gəlməyi bacarırıq. O günlərdə də çox aktiv fəaliyyətimiz oldu. Bu fəallıq sadəcə o günlərə məxsus deyildi, davam etdi, hər il bu qiyamın ildönümünü qeyd etdik. Qiyam həmçinin bizə media ilə kontakt yaratmaq üçün fürsət yaratdı.
Səttar Sevigin Sayınqala

Onun dediklərinə görə, “May Qiyamı xaricdə yaşayan Güney Azərbaycan türklərindən əlavə güney məsələsi ilə maraqlanan Quzey Azərbaycan və Türkiyə türklərinin də diqqətini çəkib.”

May etirazlarından sonra xaricdə yaşayan diaspor icmalarında fəallığın artdığını önə çəkən güneyli fəal deyir ki, “belə olaylar baş verəndə biz İsveçdə bir araya gəlməyi bacarırıq. O günlərdə də çox aktiv fəaliyyətimiz oldu. Bu fəallıq sadəcə o günlərə məxsus deyildi, davam etdi, hər il bu qiyamın ildönümünü qeyd etdik. Qiyam həmçinin bizə media ilə kontakt yaratmaq üçün fürsət yaratdı.”

Səttar Sevigin Sayınqala həmin olaylardan sonra xaricdə yaşayan güneyli icmalar arasında milli şüurun yüksəldiyinə diqqət çəkir:

“May Qiyamı bir də millətləşmə istiqamətində bir hərəkata çevrilməsi baxımından çox önəmli idi. Xalq Haray Haray Mən Türkəm deməklə həm haqqını istəyir, həm də özünü millət kimi ortaya qoyur, bir millət kimi yaşamaq istədiyini göstərir... Xaricdə də 2006-dan öncəki və sonrakı dövrləri müqayisə etsək, sonrakı dönəmi daha yüksək dəyərləndirə bilərik. İçəridən gələn bu dalğa xaricdə beyinlərində bəzi sual işarəsi olanları özünə gətirdi, belə ki, deməli məsələ buradaymış, biz türkük və türk olduğumuzu vurğulaya bilərik, beləliklə haqqımızı tələb edə bilərik.”

Güneyli fəal eləcə də may qiyamını ortaya çıxaran tarixi amillərdən danışır:

“Bu etirazları türklərə qarşı uzun tarixi bir keçmişə dayanan basqının nəticəsi kimi görmək olar. İranda türklərin aşağılanmasının tarixi çox uzundur. Bu aşağılama siyasəti həm sistemli olaraq dövlət orqanları tərəfindən, baxmayaraq ki, türklər özləri də buna şərik olublar, həm də İranda kütlənin, aydınların tərəfindən həyata keçirilib. Keçmişdən gələn bu dərdlər bu karikaturalarla üzə çıxır və millətin üsyanı da elə bu səbəbdəndir.”

XS
SM
MD
LG