Accessibility links

Səudiyyə Ərəbistanı 25 ildən sonra İraqda səfirliyini açıb


Talafar, Iraq
Talafar, Iraq

Səudiyyə Ərəbistanı 25 ildən sonra Bağdadda səfirliyini açıb.Səfirliyin bərpası hər iki ölkəyə təhlükələrə və ekstremistlərə qarşı birgə mübarizəyə imkan verəcək. Bunu İraqdakı yeni Səudiyyə səfiri Thamer al-Sabhan «əl-Ərəbiyyə» TV-sinə deyib.

1990-cı ildə İraq diktatoru Səddam Hüseyn Küveytə basqın əmrini verəndən sonra Səudiyyə Ərəbistanı səfirliyini bağlamışdı.

Münasibətlərin yumşalması sünni müsəlmanların yaşadığı Səudiyyə Ərəbistanı və şiələrin hakimiyyətdə aparıcı rol oynadığı İraqa özünü «İslam dövləti» adlandıran yaraqlılara qarşı daha sərt mübarizə aparmağa yardım edəcək.

Tərəflər ilk dəfə diplomatik əlaqələrin bərpasını bir il əvvəl Səudiyyə Ərəbistanının nümayəndə heyəti Bağdada gedərkən müzakirə etmişdi. 2015-ci ilin yanvarında baş tutmuş səfər zamanı başlıca müzakirə mövzusu səfirliklərin fəaliyyətinin bərpası idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG