Accessibility links

Səudiyyə Ərəbistanı İranın tələbini rədd edib


Səudiyyə Ərəbistan bu gün İran tələblərini rədd edərək qonşu yəməndə Tehranın müttəfiqi olan Huti şiə yaraqlılarına qarşı hava bombardmanlarını davan etdirəcəyini bildirib.

İranın ali dini lideri Ayətulla Əli Xomeneyi keçən həftə bildirmişdi ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın başlatdığı hava hücumları cinayət və soyqırımdır.

Ancaq Səudiyyə xarici işlər naziri Səud Əl-Feyzal deyib ki, biz özümüz istəyərək Yəmənə gəlməmişik: “Biz Yəmənə legitim hakimiyyətə köməyə, Yəmən prezidenti Əbd-Rabbu Mənsur Hadinin hökumətini bərpa etməyə gəlmişik”.

Xatırladaq ki, Yəmən prezidenti ölkədə xaos qalxandan sonra Səudiyyə Ərəbistanına qaçıb.

"İran Yəməndə hakimiyyətdə deyil" - deyə Səudiyyə diplimatı Riyadda keçirilən mətbuat konfransında bildirib.

XS
SM
MD
LG