Accessibility links

Səudiyyə Ərəbistanı seçkilərində 17 qadın namizəd qələbə qazanıb


Şənbə günü Səudiyyə Ərəbistanında keçirilən qadınların da iştirak etdiyi bələdiyyə seçkilərində 17 qadının qələbə qazandığı deyilir.

Bazar günü açıqlanan seçki nəticələrində Salma bint Hizab əl-Oteibi yeddi kişi və iki qadın namizəd arasından ən çox səs toplayaraq Məkkədən 150km uzaqda yerləşən Madrakah vilayətindən bələdiyyə şurasına seçilib.

Dövlət internet səhfələrinə və müstəqil xəbər agentliklərinə istinadən yayılan xəbərlərdə seçkilərdə 17 qadının qələbə qazanıb. Seçkilərin rəsmi nəticələri hələlik açıqlanmayıb.

İnsan Haqları təşkilatı bildirir ki, seçkilərdə 6000 namizəddən 900-ü qadın olub.

Human Rights Watch təşkilatının məlumatına əsasən seçki məntəqələrinin uzaq, qadınların avtomobil sürmələrinə qadağanın olması və qadınların çoxunda lazımı vəsiqələrin olmaması seçki prosesinə əngəl törədib.

Səudiyyə rəsmiləri bildirir ki, 130 min qadın seçkidə iştirak etmək üçün qeydiyyatdan keçib. Bu rəqəm qeydiyyatdan keçmiş kişilərin onda biridir.

İnsan haqları təşkilatının Yaxın Şərq üzrə direktoru Sarah Vitson bildirib ki, Səudiyyə Ərəbistanının kişilər və qadınlar arasında siyasi və mədəni ayrı-seçkilik qadın haqlarında islahatların aparılmasını çətinləşdirir.

Krallıqda seçkilər nadir hallarda baş verir. Şənbə günü keçirilən bələdiyyə seçkiləri ölkədə üçüncü dəfədir baş verir. 2015-ci il yanvar ayında vəfat edən Kral Abdullah 2011-ci ildə qanun imzalayaraq qadınların seçkilərdə iştirak etməsinə icazə vermişdi.

XS
SM
MD
LG