Accessibility links

Enerji bazarı təhlilçiləri neft qiymətinin artmasına səbəb olaraq Saudiyyə Ərəbistanı, digər OPEC (Neft İxrac Edən Ölkələr Birliyi) ölkələri və Rusiya arasında neft istehsalının azaldılmasına dair razılıqla bağlı şübhələri göstərir. Ortalama neft giymətinin bareli 30 dollardan aşağı düşmüşdü, amma indi qiymət 31 dollardır.

Bu həftə dolaşan bu söz-sohbətə Səudiyyə Ərəbistanı, regiondakı digər neft istehsal edən ölkələr və Rusiya arasında əldə olunacağı gözlənilən razılıq daxildir. Ən böyük rolu isə Səudiyyə Ərəbistanı oynayır, çünki səhradan ibarət ölkənin böyük neft ehtiyyatları mövcuddur və Səudiyyənin istehsalı artırıb-azaltmağı dünya bazarına böyük təsir göstərir.

Səudiyyəlilər neft qiymətlərindən çox narahatdır. Orada hər kəs bunun haqqında düşünür. Hakimiyyətdə yeni kral və idarəçilər var ki, onlar yeni maraqlı siyasət irəli sürür. Səudiyyə Ərəbistanında son on il ərzində ilk dəfədir ki, ölkədaxili enerji qiyməti artır.

Amerikanın Səsinə müsahibədə Rays Universitetinin Ceyms Beyker Siyasi Elmlər İstitutunun geo-siyasi təhlilçisi Cim Kreyn bildirib ki, səudiyyəlilərin OPEC-ə daxil olmayan digər neft istehsal edən ölkələrlə əməkdaşlıq etməsinə və böyük özəl şirkətlərin istehsalı azatmasına ehiyacı var.

“Əgər istehsal və investisiya azalsa, Rusiya və bir sıra digər ölkələr də istehsalı azaltsa, Səudiyyə Ərəbistanı da istehsalı azaldar. Amma bu cüzi azalma olacaq, və fikrimcə bu azalma ağır neft istehsalı sahəsində olacaq,” deyə Kreyn bildirir.

Ağır neft yerdən təbii qazsız çıxarılır ki, Səudiyyənin ölkədaxili enerjisi təbii qazdan asılıdır. Krallığın vətəndaşları isə dünyadakı ən ucuz enerji qimyətlərindən faydalanır.

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz 36-cı Körfəz Əməkdaşlıq Şurasının sammitində iştirak edir. 10 dekabr, 2015.

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz 36-cı Körfəz Əməkdaşlıq Şurasının sammitində iştirak edir. 10 dekabr, 2015.

Kreyn deyir ki, Səudiyyə Ərəbistanı xam neftinin qiymətini sabitləşdirmək üçün razılığa gedə biləcəyinin bir səbəbi də beynəlxalq bazarlarda neft qiymətinin aşağı olmasının ölkə qitisadiyyatına ziyan vurmasıdır.”

“Səudiyyəlilər neft qiymətlərindən çox narahatdır. Orada hər kəs bunun haqqında düşünür. Hakimiyyətdə yeni kral və idarəçilər var ki, onlar yeni maraqlı siyasət irəli sürür. Səudiyyə Ərəbistanında son on il ərzində ilk dəfədir ki, ölkədaxili enerji qiyməti artır. Qiymət artımı cüzi olsa da, hökumət daha çox artımın gözlənildiyini deyir,” deyə Kreyn bildirir.

Səudiyyəlilər rəqabətdən ehtiyyat edir

Bu yaxınlarda Səudiyyə Ərəbistanını ziyarət edən və gələn həftə yenidən ora dönməyi planlaşdlram Kreyn deyir ki, səudiyyəli liderlər hər hansı bir razılığa ehtiyatla yanaşır, çünki onlar ABŞ və İrandan gələn rəqabətdən çəkinirlər. Beynəlxalq sanksiyalar aradan qaldırıldığı üçün isə İranın daha çox xam neft ixrac edəcəyi gözlənilir.

ABŞ Enerji İnformasiya Administrasiyası şist yataqlarından əldə olunan istehsal təxminlərinə görə, Birləşmiş Ştatların Səudiyyə Ərəbistanından daha çox ehtiyatlara sahib olduğunu bildirib.

Ötən çərşənbə günü ABŞ-da neft qiymətləri 2003-cü ildən bəri ilk dəfə olaraq bareli 27 dollardan aşağı düşdü.

Ötən çərşənbə günü ABŞ-da neft qiymətləri 2003-cü ildən bəri ilk dəfə olaraq bareli 27 dollardan aşağı düşdü.

Neft qiymətinin düşməsi bəzi ABŞ şirkətlərinin şist yataqlarından geri çəkilmələrinə səbəb olub. Ancaq daha ucuz ərazilərdə çalışanlar işlərini davam etdirərək bazara neft əlavə edib.

Elə bu səbəbdən də, Kreyn Səudiyyə hökümətinin qiymətləri artırmaq üçün hər hansı bir razılıq əldə edəcəyinə inanmır.

“Uzun müddətdə səudiyyəlilər aşağı qiymətlərin onlar üçün xeyir gətirəcəyini düşünür. Aşağı neft qiyməti neftə olan qlobal tələbatı nefti digər enerji növləri ilə müqayisədə daha da artıra bilər,” deyə o bildirir.

Bazar payını saxlamaq

Səuddiyə Ərəbistanı günəş enerjisi sənayesinə böyük sərmaye qoyub və bu, gələcəkdə ölkə üçün böyük gəlir mənbəyinə çevrilə bilər. Cim Kreyn həmçinin düşünür ki, səudiyyəlilər ABŞ-ın şist neftini inkişaf etdirməsində uzun-müddətli faydalar görür. Belə ki, şist nefti bazarları sabit neft mənbəsi ilə təmin edəcək və beləliklə Səudiyyə Ərəbistanının üzərindən yükü qaldırmış olacaq.

Lakin onun sözlərinə görə, Səudiyyə yenə də rəqabətin çox artmasını və beləliklə bu səhra krallığını dünya səhnəsində zəngin və mühüm bir ölkəyə çevirən bazar payını itirmək istəmir.

XS
SM
MD
LG