Accessibility links

Səudiyyə Ərəbistanının islahat planı neftdən asılılığı ləğv etməyə yönəlib


Səudiyyə Ərəbistanı yeni iqtisadi proqram açıqlayıb. Proqram uzun müddətdir ölkə iqtisadiyyatının təməli olan neftdən digər sahələrə keçməyi nəzərdə tutur.

İqtisadi islahat planı neftin qiymətinin düşməsi nəticəsində zərər görən Səudiyyə Ərəbistanın iqtisadiyyatını canlandırmaq səylərinin tərkib hissəsidir.

Əgər 2020-ci ildə neft dayansa, onda biz yaşaya bilərik.
Şahzadə Məhəmməd bin Salman

İslahatların məqsədi yaşayış və işsizlik problemini aradan qaldırmaq və ehtiyacı olan sakinləri su və enerji subsidiyaları ilə təmin etməkdir.

Plan çərçivəsində özəlləşdirmə, subsidiyaların kəsilməsi, Səudiyyənin neft şirkəti Aramkonun beş faizinin satılması və şəhərlərin inkişafı üçün 2 triliyon dollar fondun yığılmasıdır.

“Səudiyyənin Gələcəyi 2030” adlanan plan Səudiyyə kabineti tərəfindən qəbul edilib.

Neft qiymətlərinin kəskin ucuzlaşması avtoritar təmayüllü petro-dövlətləri çətin duruma salıb.
Neft qiymətlərinin kəskin ucuzlaşması avtoritar təmayüllü petro-dövlətləri çətin duruma salıb.

Səudiyyə Ərəbistanının islahat planı qonşu İran körfəzi ölkələri - Kuveyt, Qatar və Birləşmiş Ərəb Əmirliklərinin islahat proqramını elan etməsindən sonraya təsadüf edir.

“Əgər 2020-ci ildə neft dayansa, onda biz yaşaya bilərik,” deyə Şahzadə Məhəmməd bin Salman televiziya müraciətində bildirib.


Planın icrası ciddi problemlərlə müşayiət oluna bilər. Belə ki, gəlirinin 70 faizi neftdən asılı olan ölkədə Səudiyyə hökuməti illər boyu vətəndaşlarına nəhəng miqdarda pullar xərcləmiş və bunu müqabilində onlardan vergi tutmamışdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG