Accessibility links

Cənubi Koreyada yüz minlərlə insan prezident Park Geun-hyın istefası tələbi ilə aksiyalara qatılıb.

Seul polisinin bildirdiyinə görə, nümayişlərdə 260 mindən çox adam iştirak edib. Lakin təşkilatçılar aksiyalara milyondan artıq adamın qatıldığını iddia edir.

Yuxarı sinif şagidrləri, katolik rahibələr, təqaüddə olan insanlar və gənc ailələr uşaqları ilə bərabər yürüşlərdə iştirak edib. Aksiya iştirakçıları "Park istefa ver!" kimi şüarlar səsləndirib.

Səhər gün doğana qədər yürüşlər davam edib. Şəhərə 20 mindən çox polis işçisi yerləşdirilib.

Nümayişlərə qatılmaq üçün Cənubi Koreyanın bütün bölgələrindən insanlar paytaxta toplaşıb.

Bu, Parkın istefası tələbi ilə keçirilən ilk aksiya deyil. Korrupsiya qalmaqalına görə prezidenti dəstəkləyənlərin sayı 5 faizə enib.

Show comments

XS
SM
MD
LG