Accessibility links

Yaponiya səfirini Cənubi Koreyadan geri çağırdı


Yaponiya Cənubi Koreya prezidenti Li Myunq-Bakın hər iki ölkənin iddia etdiyi silsilə adalara səfərinə etiraz olaraq səfirini Seuldan geri çağırıb.

Yaponiyanın xarici işlər naziri Koiçiro Qemba bu gün deyib ki, cənab Linin adalara səfəri tamamilə qəbuledilməzdir və Cənubi Koreya ilə Yaponiya arasında münasibətlərə ciddi təsir göstərəcək.

Cənab Li iki ölkə arasında on illərdir ki, mübahisəli ərazı sayılan silsilə adalara səfər edən ilk Cənubi Koreya prezidentidir. Paytaxt Seulda rəsmiləri səfəri qeyri ciddi hesab edib və bunun mübahisəyə səbəb olmasını istəmədiklərini deyib.

Yapon dilində Takeşima, Koreya dilində isə Dokdo adlanan silsilə adalar İkinci Dünya Müharibəsindən sonra faktiki olaraq Cənubi Koreyanın nəzarəti altına keçib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG