Accessibility links

Seulun nəqliyyat rəsmiləri Cənubi Koreyanın paytaxtında metro stasiyalarının birində mülki müdafiə təlimi keçirib. Bu, Cənubi Koreya və Birləşmiş Ştatlar arasındakı illik hərbi təlimlərin bir hissəsidir.

Nəqliyyat Nazirliyinin marketinq üzrə meneceri Seo Cunq-sik Associated Press xəbər agentliyinə bildirib ki, Tailanda həyata keçirilən bomba hücumunu nəzərə alarsaq təlim düzgün zamanda düşünülüb.

Ordu, hökumət və polis qüvvələrinin iştirak etdiyi təlimlər təcili yardım xidmətlərinin mümkün kimyəvi hə bomba hücumlarına hazırlıq mahiyyəti daşıyıb.

Könüllülər təlimdə sənişin kimi iştirak edib.

Təlim zamanı stansiyada zəhərli qaz hücumuna görə sərnişinlərdən qatarları tərk etmələri tələb olunub.

Polis real olmayan bomba hücumçusunu zərərsizləşdirib.

XS
SM
MD
LG