Accessibility links

Seulun Qanqnam rayonunda vertolyot qəzaya uğrayıb


Cənubi Koreyanın paytaxtı Seulda vertolyot çoxmərtəbəli lüks yaşayış binasına dəyib. Nəticədə iki pilot həlak olub.

Şəhərin Qanqnam rayon yanğınsöndürmə idarəsi LG Electronics şirkətinə məxsus vertolyotun 38 mərtəbəli binaya dəyərkən tələfata səbəb olmadığını bildirib.

Bina sakinləri evakuasiya edilib. Qəza vaxtı hava dumanlı olub. Lakin qəzaya hava şəraitinin səbəb olduğu hələ bəlli deyil.

Qəza ilə bağlı araşdırma aparılır.

Repçi Psy Seulun cənub Qanqnam rayonunu "Gangnam Style" mahnısı ilə məşhurlaşdırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG