Accessibility links

Seul analitikləri Şimali Koreyanın iki gün öncə həyata keçirdiyi sualtı ballistik raket sınağının motivlərini təhlil etməyə çalışır.

2015-ci ildən bəri oxşar qabiliyyətini artırmağa çalışan Pxenyan belə görünür buna nail olub və raket 500 kilometr uçub.

Müdafiə Təhlilləri üzrə Koreya İnstitutunun baş tədqiqatçısı Kim Cin-Mu deyib ki, Şimalın Sualtı Balistik Raket proqramı əvvəlki ehtimallardan çox təkmilləşmiş ola və Pxenyan proqrama 1 il ərzində tam nail ola bilər.

Təhlilçilər habelə Şimali Koreyanın bu raketlərə nüvə başlıqları yerləşdirə biləcəyindən də ehtiyat edir.

Təhlilçilər habelə Şimali Koreyanın bu raketlərə nüvə başlıqları yerləşdirə biləcəyindən də ehtiyat edir.

Seuldakı Koreya Strateji Araşdırmalar İnstitutundan Mun Sanq-Muk deyir ki, Pxenyanın məhdud sayda sualtı qayığı var. Onun sözlərinə görə, bu, onların proqramdan bir neçə il uzaq olduğunu göstərə bilər.

Şimali Koreyanın ən son sualtı balistik raket sınağı ordunun ABŞ ərazisi və ya dünyadakı hər hansı başqa bir hədəfə qarşı nüvə hücumu həyata keçirmək imkanına sahib olduğunu göstərib.

Çərşənbə günü səhər erkən saatlarda sahilyanı Sinpo şəhəri yaxınlığından atılan raket 500 kilometrlik məsafəni qət edərək Yaponiyanın hava müdafiə identifikasiya zonasına daxil olan dənizə düşüb.

Raket atıldıqdan bir neçə saat sonra Çin, Yaponiya və Cənubi Koreyanın xarici işlər naziləri Tokioda üçtərəfli görüş keçirib. Yaponiya və Cənubi Koreya Pxenyanın əməlləriini şiddətlə qınayıb.

Şimali Koreya sualtı raket imkanları inkişafının erkən mərhələlərindədir.

XS
SM
MD
LG