Accessibility links

ABŞ ştatlarında tornadolar 12 nəfərin ölümünə səbəb olub


ABŞ-ın cənub və mərkəz bölgələri şiddətli tornadoya məruz qalıb. 12 nəfər tornado nəticəsində həlak olub. İllinois ştatının kiçik Harrisburq şəhərində 6 nəfər dünyasını dəyişib. Rəsmilər 300-ə yaxın evin ya tamamilə dağıldığı, ya da ziyana mıruz qaldığını bildirir. Şəhərin 100-dən çox sakini xəsarət alıb.

Missuri ştatında 3 ölüm halı qeydə alınıb. Ştatın Branton şəhəri ciddi zərər görüb. 37 nəfər yaralanıb. Tennessi ştatında tornado 3 nəfərin həyatına son qoyub.

XS
SM
MD
LG