Accessibility links

Sevil Süleymani: İran feminizmi müsəlman, şiə və fars bir qadını təsvir edir [Audio-Müsahibə]


Sevil Süleymani
Sevil Süleymani

Sevil Süleymaninin sözlərinə görə, İran feministləri Qərbdəki feminizm hərəkatından fərqli olaraq azlıqlara mənsub qadınların problemlərinə önəm vermirlər. ABŞ-da yaşayan mədəni fəal Amerikanın Səsinə müsahibədə Qərbdə feminizm hərəkatının müxtəlif dövrlərində gender məsələsindən əlavə qadınların etnik və dini kimliklərinə diqqəti şərh edib.

Sevil Süleymani İran feminizminin problemlərini şərh edir
please wait

No media source currently available

0:00 0:17:12 0:00

Sevil Süleymaninin fikrincə, birinci dalğasından bu günə qədər feminizm hərəkatının inkişafına nəzər salmaqla hazırda Qərb ölkələrində feminist qrupların azlıq cəmiyyətlərin hüquqlarına baxışını öyrənmək mümkündür.

“Feminizm birinci dalğasında, Avropada və sonralar Amerikada, bütünlüklə gender məsələləri və qadın üzərinə qurulmuş bir hərəkat idi. Sadəcə qadınların haqları üçün mücadilə edirdilər. Amma Amerikada qaradərili qadınların bu hərəkata qoşulması ilə ortaya çıxdı ki, qaradərili qadınların problemləri təkcə onların cinsi ilə bağlı deyil. Misal üçün, ağ qadın səs vermə, seçib və seçilmə haqqı üçün mücadilə edirdi, amma qaradərili qadın bir insan kimi belə tanınmırdı,” deyə o qeyd edir.

İranda qadın haqları ilə bağlı yazılan kitablara baxaq, bunların neçə faizi azlıq qadınların məsələlərinə yer verib? Fars dilində yazılan feminist ədəbiyatdan danışanda, o ədəbiyyatın quruluşunda müsəlman, fars və şiə bir qadının təsviri var.
Sevil Süleymani

O, beləliklə zamanla cinsiyyət məsələsindən əlavə azlıqların məsələlərini də diqqət mərkəzinə alan feminizm dalğalarının ortaya çıxdığını bildirir:

“Başqa azlıq qrupları da qaradərili qadınlara qoşulub və baxdılar ki, ağ qadınların hegemon feminizminin yaratdığı söyləm bunların istəklərini ortaya qoymur... Sonra Intersectionality (ayrıseçkilik sahələrinin iç-içə olması) mübahisəsi ortaya çıxdı və açıqladı ki, sən mənə qarşı olan bütün ayrıseçkilikləri görməsən mənim bir qadın kimi də məsələlərimi araşdıra bilməyəcəksən.”

San-Dieqo Universiteti tələbəsinin sözlərinə görə, bu məsələlərin ortaya çıxması ilə “feminizm özünü yenidən təriflədi. Keçmişdən olan tərifləri qoydu qırağa. Yeni tərifdə, feminizmin məqsədi ayrıseçkilikləri tamamən ortadan götürmək oldu. Artıq sadəcə cinsiyyət üzərində durmurdu. Buna görə də, bu gün Amerikada qadın araşdırmaları bölümlərində bütün bu sahələr araşdırılır; etnik məsələsi, dini azlıqlar və s.”

1979-cu ildə İslam Respublikası qurulduqdan bəri İranda qadınlar bir sıra fundamental hüquqlardan məhrum ediliblər.
1979-cu ildə İslam Respublikası qurulduqdan bəri İranda qadınlar bir sıra fundamental hüquqlardan məhrum ediliblər.

O, Qərbdəki feminizmin birinci dalğasında olduğu kimi hazırda İran feminizm hərəkatının da hələ azlıqların problemlərinə yer vermədiyini deyir.

“İran feminizm hərəkatının bu sahədə heç bir ədəbiyyatı yoxdur. Amerikada birinci dalğadakı o ağ hegemon feminizm [variantı] bu gün İranda davam edir. İranda qadın haqları ilə bağlı yazılan kitablara baxaq, bunların neçə faizi azlıq qadınların məsələlərinə yer verib? Fars dilində yazılan feminist ədəbiyyatdan danışanda, o ədəbiyyatın quruluşunda müsəlman, fars və şiə bir qadının təsviri var. İran qadını deyəndə, şiə və fars qadını təsəvvürü vardır... Sən etniklərin məsələlərini yazanda səni etnosentrismlə ittiham edib qırağa qoyurlar,” deyə Sevil Süleymani əlavə edir.

XS
SM
MD
LG