Accessibility links

Sevinc Babayevanın meyiti hazırda aeroportun “Kargo” bölümündədir.

APA-nın məlumatına görə, Meyitin Bakıya göndərilməsi üçün hazırlıq işləri aparılır.

-------------------------------------

Türkiyədə dünyasını dəyişmiş Sevinc Babayevanın meyitinin müayinəsi başa çatıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu gün səhər saatlarında “Medicana İnternational İstanbul Hastanesi”ndən çıxarılaraq, məhkəmə-tibb ekspertizasına götürülən S. Babayevanın meyitinin ətraflı müayinəsi 4 saata qədər çəkib.

Ekspertiza nəticəsində ölən şəxsin hansı səbəbdən dünyasını dəyişdiyi dəqiqləşəcək.

Artıq meyitin Azərbaycana göndərilməsi üçün sənədləşmə işlərinə başlanılıb.

Sənədləşmə işləri tezliklə başa çatdırılsa, meyit bu gün, proses uzansa, ən gec sabah Bakıya göndəriləcək.

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov da APA-ya açıqlamasında bildirib ki, meyitin Bakıya göndərilməsi üçün artıq sənədləşmə işlərinə başlanıb: “Ekspertizadan Sevinc Babayevanın ölümünü təsdiq edən sənədi alan kimi meyitin Azərbaycana göndərilməsi üçün lazımi addımlar atılacaq. Sənədləşmə işlərini yekunlaşdıra bilsək, meyit bu gün, bilməsək, sabah mütləq Bakıya göndəriləcək”.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG