Accessibility links

Yeni səyahət qadağası köhnə tənqidlərə səbəb olub


Yenilənmiş səyahət qadağası Trampın orijinal sərəncamından altı həftə sonraya təsadüf edir. Həmin sərəncam ABŞ və xaricdəki aeroportlarda kütləvi çaşqınlığa yol açmışdı. Ağ Ev orijinal sərəncamı müdafiə edərək bildirib ki, yenisi yalnız məhkəmə işlərindən yayınmaq və ABŞ sərhədlərinin gücləndirilməsi üçün imzalanıb.

ABŞ Dövlət Katibi Reks Tillerson bildirir ki, bu qadağa terroristlərin ölkəyə daxil olmaması və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətlidir.

“Sərəncamda qeyd edildiyi kimi, Dövlət Departamenti ABŞ-a təhlükə törətməyən hər bir şəxsin ölkəyə girişini təmin edəcək.”

Konqresdəki Demokratlar ləngimədən yeri sərəncamı tənqid ediblər. Səbəb bu sərəncamın öncəkindən ciddi fərqlənməməsidir.

“Bu sərəncam işləməyən maşının yenidən boyadılmasına bənzəyir.”

Hüquq müfafiə qrupları isə bəyan edirlər ki, yeni sərəncam bütün müsəlmanlara qarşı ayrı-seçkiliyi nəzərdə tutur və bu səbəbdən də qeyri-qanunidir.

“Yeni sərəncam öncəki ilə müqayisədə daha təkmilləşdirilmiş görünür. Qanuni sakinlərlə bağlı problemlər də aradan qaldırılıb. Buna baxmayaraq, din əsasında ayrı-seçkiliyin tədbiqi ilə problem bu sərəncamı konstitusiyaya zidd edir. Bu səbəbdən, biz bu sərəncama qarşı olacağıq.”

Hal-hazırda İordaniyada olan və ABŞ-da yerləşdirilməsi nəzərdə tutulan Suriya qaçqınları ümidsizliyə qapılıblar.

“Biz xeyli müsahibələrdən keçmişik. Bir ildir ki, gözləyirik və indi nə edəcəyimizi bilmirik. Biz artıq səyahət etməyə hazır olduğumuz zaman bu qadağa ortaya çıxdı.

“Biz xeyli müsahibələrdən keçmişik. Bir ildir ki, gözləyirik və indi nə edəcəyimizi bilmirik. Biz artıq səyahət etməyə hazır olduğumuz zaman bu qadağa ortaya çıxdı. Ümid edirik ki, yeni sərəncamda bizə aid müsbət məqamlar daxil edilib.”

İraqlılar isə öz ölkələrinin qadağa siyahısından çıxarılmasını sevinclə qarşıladılar.

“Bizim Amerikaya gedə bilmək və özümüzü sübut etmək imkanımızın olması çox yaxşı şeydir. Kim bilir, bəlkə bu imkan sonradan öz ölkəmizə geri dönüb, onu inkişaf etdirməyə də kömək etdi.”

Yeni sərəncam martın 16-sı qüvvəyə minəcək. Bu sərəncama əsasən Suriya, İran, Liviya, Somali, Sudan və Yəmən pasportu olan şəxslərin ABŞ-da daxil olması müvəqqəti olaraq dayandırılacaq.

XS
SM
MD
LG