Accessibility links

Seyşel Adalarında piratlar yaxalanıb


Seyşel Adalarında piratlar yaxalanıb
Seyşel Adalarında piratlar yaxalanıb

Seyşel Adaları son günlərdə Somalili piratlara qarşı səylərini gücləndirib

Seyşel adalarının donanma qüvvələri bir qrup piratı tərksilah etmiş və onların 2 hücum qayığını məhv vetmişdir. Avropa İttifaqının anti-pirat qüvvələri xəbər verir ki, təyyarələr 9 dəniz quldurunun əsas gəmi və iki qayıqla hərəkət etdiklərini qeydə alıb. Qüvvələr Seyşel Sahil Xidməti ilə əlaqə saxlamış və nəticədə piratlar adaların şimal-şərqində yaxalanmışlar. Sahil patrulunun açıqlamasında deyilir ki, piratlar tərksilah edildikdən sonra onların iki qayığı batırlımış, lakin özləri əas gəmiyə qoyularaq azadlığa buraxılmışlar. Seyşel son günlərdə yaxınlıqdakı Somali piratlarına qarşı səylərini gücləndirmişdir. Bu yaxınlarda piratların mühakimə edilməsi üçün xüsusi məhkəmə təsis edilib.

XS
SM
MD
LG