Accessibility links

Norveçin "Fritt Ord Foundation in Oslo" və Almaniyanın "the ZEIT-Stiftung Ebelin und Gerd Bucerius" təşkilatları Azad Mətbuat mükafatlarını 3 ölkənin – Azərbaycanın, Rusiyanın və Ukraynanın təmsilçilərinə verib. Onlar 40 namizəd arasından seçilib.

"Azadlıq" qəzetinin müxbiri və "Azərbaycan Saatı" televiziya proqramının aparıcısı Seymur Həzi də mükafat alanlar sırasındadır.

Fritt Ord Foundation-ın saytının məlumatında deyilir ki, Seymur Həzi uzun illər ərzində tənqidi yazıları ilə tanınıb, dəfələrlə müxtəlif xarakterli təzyiqlərə məruz qalıb. 2014-cü ilin avqustunda o, saxta xuliqanlıq ittihamı ilə həbs edilib.

Seymur Həzinin namizədliyini Almaniyanın The Henrich Böll Fondu və Norveç Helsinki Komitəsi irəli sürüb.

Abşeron rayon Məhkəməsi 2015-ci ilin yanvarında Seymur Həzini xuliqanlıqda ittiham edərək 5 il azadlıqdan məhrum edib. O, ittihamları qəbul etmir.

Show comments

XS
SM
MD
LG