Accessibility links

Nyu-York polisi Filip Seymur Hoffmanın ölümü ilə əlaqədar dörd nəfəri həbs etdiyi barədə məlumat verib.

Daily Mail qəzeti yazır ki, aktyorun mənzilində narkotik maddə aşkar edildikdən sonra, polis Manhattan rayonunun Chinatown məhəlləsindəki binada reyd keçirib.

46 yaşlı aktyorun narkotik maddə alverçilərindən aldığı heroinin onun ölümünə səbəb olduğundan şübhələnilir.

Biq Lebovski filminin ulduzu qoluna iynə sancıldığı vəziyyətdə aşkar edildikdən sonra Hoffmanin təhlükəli yeni növ heroindən istifadə etməsinin onun ölümünə səbəb olduğu ehtimal edilir.

Amma təhqiqat üç uşaq atasının ərazidə digər 20 oxşar ölümə səbəb olan maddədən istifadə etmədiyini göstərib.

MailOnline veb səhifəsinə istinadən hadisədən bir neçə həftə əvvəl Filip Seymur Hoffman bu sözləri deyib: “Mən tərgitməsəm, bilirəm ki, öləcəyəm.” Mənbə ölümündən bir gecə əvvəl eyni pul maşınından Hoffmanın 6 dəfə ümumən 1200 dollar məbləğində pul çəkdiyini yazıb.

Bu arada Oskar qalibi Hoffmanın dostları və həmkarları onun dəfn mərasimində iştirak edib.

Ethan Houk, Coakin Fineks və Castin Teroks başsağlığı vermək üçün Hoffmanın keçmiş tərəfdaşı Mimi O`Donnelli ziyarət edib.
XS
SM
MD
LG