Accessibility links

Vəkillər jurnalistə bəraət istəyib


Seymur Həzi
Seymur Həzi

Yanvarın 27-də Abşeron Rayon Məhkəməsində “Azadlıq” qəzetin şərhçisi və “Azərbaycan saatı” internet televiziyasının aparıcısı Seymur Həzinin işi üzrə prosesdə vəkillər çıxış edib.

Bundan öncəki məhkəmə iclasında dövlət ittihamçısı jurnalistin 6 il azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

2014-cü il avqustun 29-da avtobus dayanacağında Məhərrəm Həsənov adlı şəxs jurnalist Seymur Həziyə yaxınlaşıb və “Facebook-da mənə niyə cavab vermirsən?” deyərək onu təhqir etməyə başlayıb. Daha sonra o, Həziyə hücum çəkərək zor tətbiq edib. Özünümüdafiə məqsədilə Həzi hücumçuya əlindəki butılka ilə zərbə endirib. Elə həmin an polis gəlib, Həzini saxlayıb və şöbəyə aparıb. Seymur Həzi “Azadlıq” qəzetinin aparıcı icmalçılarından biri, habelə ölkə hakimiyyətini kəskin şəkildə tənqid edən “Azərbaycan saatı” internet televiziyasının aparıcısıdır.

Vəkil Adil İsmayılov Həzinin təqsirinin sübut olunmadığını və insidentin ona qarşı qabaqcadan planlaşdırılmış kampaniya olduğunu bildirib.

“İstintaq sübutsuz ittiham təqdim edir və ittiham hökmü çıxarılarsa, məhkəmə də bu kampaniyanın iştirakçısı olacaq”.

İsmayılov yeni məhkəmə istintaqı aparılması və Həziyə bəraət verilməsi haqqında vəsatət qaldırıb.

Vəkilin sözlərinə görə, ittiham aktında cinayət işinin açıldığı vaxt göstərilməyib. Bundan başqa, iş ekspertiza keçirilmədən başlayıb. İnsident avqustun 29-da 12:30-da baş versə də, 40 dəqiqə sonra artıq hadisə yerinə baxış keçirilib.

13:45-də Həzidən ifadə götürülüb, 14:35-də isə artıq onun saxlanılması haqqında qərar qəbul edilib.

Vəkil Daxili İşlər Nazirliyinə digər fakt – 26 mart 2011-ci ildə Həzinin Ceyranbatan qəsəbəsində eyni yerdə oğurlanması faktı üzrə istintaqın necə yekunlaşdığı haqqında sorğu göndərilməsi haqqında vəsatət qaldırıb. Həmin vaxt o, naməlum maskalı şəxslər tərəfindən oğuranıb və döyülüb. Bu zaman jurnalistə belə deyiblər: “Axmaq olma, İlham Əliyev haqqında yazma”.

Daha sonra vəkil münaqişənin digər iştirakçısı Həsənovun ifadələrində ziddiyyətlər olduğunu qeyd edib. Adil İsmayılov Həsənovun Facebook səhifəsini kimin idarə etdiyinin araşdırılması haqqında vəsatət qaldırıb, belə ki, onun həbsindən sonra da səhifə aktiv olub.

“Həsənov Facebbok-dan istifadıə edə bilmir və ya təsəvvürü yoxdur. Onun adına yaradılmış səhifədə 294 dostu var. Mən, vəkill Elton Quliyev, hüquqçünaslar Vidadi Mirkamal, Namizəd Səfərov və çoxsaylı Müsavat və Xalq Cəbhəsi Partiyalarının fəalları Həsənovun dostuyuq. Amma biz bu adamı tanımırıq. Həsənov həmşinin Facebook səhifəsinin parolunu bilmir. İnsidentin mənbəyi isə Facebook olub. Bu səbədən onun Həzi ilə Facebook danışıqlarının olub-olmaması sübut olunmalıdır. Bu sübut isə yoxdur”, o qeyd edib.

Vəkil həmçinin hadisə günü Həsənovun telefon danışıqlarının siyahısının alınması haqqında vəsatət qaldırıb. Müdafiə tərəfi onun münaqişədən iki saat əvvəl oraya gəldiyi haqqında məlumata malikdir.

Vəkil deyib ki, istintaq materiallarında maqddi sübut kimi butulka qırıqlarının yolun sağındsakı restoranın qarşısından götürüldüyü qeyd edilib. Halbuki insident yolun solunda olub. O məhkəməyə sədrlik edənin və tərəflərin iştirakı ilə hadisə yüerinə baxış keçirilməsi barədə də vəsatət qaldırıb.

İstintaq materiallarında insident zamanı Həsənovun xəsarət aldığı yazılıb. Ancaq Abşeron rayon Təcili və Təxirəısalınmaz Tibbi Yardım Stanisyasına Məhərrəm Həsənovun xəsarət alması barədə çağırış daxil olmayıb. Vəkil Abşeron rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stanisyasının bu barədə arayışını məhkəməyə təqdim edib.

Lakin məhkəmə bütün bu vəsatətləri əsassız sayıb və rədd edib.

Vəkil Elton Quliyev də işin qabaqcadan hazırlandığını bildirib və saxtalaşdırılması faktlarından danışıb. Belə ki, Həsənov etiraf edib ki, onun elektron poçtu yoxdur, lakin belə olan halda o, facebook-da səhifə aça bilməzdi.

Quliyev həmçinin hər iki insident iştirakçısının xuliqanlıqda ittiham edildiyinə diqqət çəkib ki, bu da hüquqda görülməmiş haldır. Belə ki, biri xuliqanlıq edirsə, digəri özünü müdafiə etməlidir.

Həzi özünü müdafiə edib və məsuliyyətə cəlb edilə bilməz, buna görə də ona bəraət verilməlidir.

“Bu işdə “qışqıran” faktlar var və ona hüquqi qiymət veriləcəyinə inanmıram. Biz məıhkəməyə inanmaya-inanmaya inamağa gəlmişik. Bu həm də bizim cəmiyyət qarşısında vicdan borcumuzdur. Buraya yığlan inanlarda məhkəmədə ədalət axtarışına gəlməyib. Amma insanlar ədaləti məhkəmədə axtarmalıdır. Bu olmazsa cəmiyyətdə inam da olmayacaq”, E.Quliyev qeyd edib.

Vəkil daha sonra məhkəmədə bir gülməli halın da ortaya çıxdığını diqqətə çatydırıb.

“Əgər məqsəd Seymur Həzini tutumaqdırsa, bəs Məhərrəm Həsənovu niyə t0utursunuz? Onun nə günahı var. Burada qlobal məsələ həll olunur. Elə isə Məhərrəm Həsənovu niyə bu işə qatıbsınız. Onu buraxmağınızı xahiş edirəm”.

Bu zaman Məhərrəm Həsənov öz vəkilindən pıçıltı ilə sual edir: “Elton müəllim çox ağıllı vəkildir və ağıllı danışır. Məni niyə tutublar?”

Jurnalist özü bildirib ki, istintaq təcridxanasında ondan son söz üçün hazırlsadığı çıxışının mətnini alıblar, vəkil İsmayılov məhkəməyə sədrlik edəndən jurnalistin çıxışının ona qaytarılmasını təmin etməyi xahiş edib.

Növbəti iclas yanvarın 29-na təyin edilib.

XS
SM
MD
LG