Accessibility links

Seymur Həzi Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilib

Avqustun 2-də 17 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan jurnalist, “Azərbaycan Saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin Müsavat Partiyasının fəalı Nigar Yaqublu ilə nikahı qeydə alınıb.

Seymur Həzi

Seymur Həzi

Bu günki mərasimdə Seymur Həzinin və Nigar Yaqublunun yaxınları iştirak edib.

Nikahı Xəzər rayon qeydiyyat şöbəsinin rəisi Nailə Əhmədzadə kəsib.

Nigar Yaqublu Seymur Həzinin soyadını qəbul edib.

Nikah dünən, avqustun 1-də bağlanmalı idi. Lakin həmin gün 4 saylı “ASAN xidmət” nigahı bağlamaqdan imtina etmişdi.

"Azadlıq" qəzetinin icmalçısı və "Azərbaycan saatı" verilişinin aparıcısı Seymur Həzi 2014-cü ildə xuliqanlıq ittihamı ilə 5 il müddətinə həbs edilib. Seymur Həzi ittihamı qəbul etmir, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Amnesty İnternational Seymur Həzini “vicdan məhbusu” elan edib.

Nigar Yaqublunun atası Tofiq Yaqublu müxalif Müsavat Partiyasının sədr müavinidir. Yaqublu 2013-cü ilin yanvarında İsmayıllı şəhərində kütləvi iğtişaşların təşkili ittihamı ilə mühakimə olunub və 5 il müddətinə azadlıqdan məhrum edilib. O, bu il prezidentin əfv sərəncamı ilə həbsdən azad edilib.

XS
SM
MD
LG