Accessibility links

Həbsdə olan jurnalist Seymur Həzinin səhhəti ilə bağlı ciddi problemlər olmasına baxmayaraq, o, həbsxana xəstəxanasına köçürülmür. Bu barədə onun həyat yoldaşı Nigar Həzi bildirib.

Onun sözlərinə görə, jurnalistin revmatizm ağrıları güclənib. Amma 17 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi onu müayinə üçün Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürmür. Həyat yoldaşı mümkün nəticələrə görə məsuliyyəti hakimiyyətin üzərinə qoyub.

Öz növbəsində, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi hələ jurnalistin səhhəti ilə bağlı məlumat yaymayıb.

S.Həzi 2014-cü ilin avqustunda xuliqanlıq ittihamı ilə həbs olunub və 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, həbsin əsl səbəbini hökumətin siyasətini kəskin tənqid edən yazıları ilə bağlı olduğunu bildirib. Seymur Həzi "Azadlıq" qəzetinin şərhçisi, "Azərbaycan saatı" televiziya proqramının aparıcısı idi.

"Amnesty International" S.Həzini "vicdan məhbusu" elan edib.

Show comments

XS
SM
MD
LG