Accessibility links

Yeni müdafə naziri toplantı keçirib


Müdafiə naziri Zakir Həsənov

Müdafiə naziri Zakir Həsənov

Bir sıra yeni kadr təyinatı və xidmət üzrə yerdəyişmələr edilib

Müdafiə naziri Zakir Həsənov yeni tədris ilinin başlanması ilə əlaqədar yanvarın 10-da bölgələrdə yerləşən hərbi hissələrin hazırlığını yoxlamaq məqsədilə Gəncə şəhərinə gedib.

Elə həmin gün Həsənov Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Komandir və rəis heyətinin görülən işlər barədə məruzələri dinlənilib, qoşunların döyüş hazırlığı üzrə tapşırıqları dəqiqləşdirilib, 2014-cü ildə döyüş hazırlığının təşkili və qoşunların hərtərəfli təminatı ilə bağlı tapşırıqlar verilib.

Bir sıra yeni kadr təyinatı və xidmət üzrə yerdəyişmələr edilib.

Nazir Həsənov yeni tədris ilinin başlanması ilə əlaqədar yanvarın 10-da bölgələrdə yerləşən hərbi hissələrin hazırlığını yoxlamaq məqsədilə Gəncə şəhərinə gedib.
XS
SM
MD
LG